Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qərbin müvafiq fondları və mərkəzləri Azərbaycanın daxili işlərinə qarışa bilməz - RƏY
Milli Məclisin deputatı Aydın Mirzəzadə Qərbin müvafiq fondlarının, mərkəzlərinin Azərbaycanın daxili işlərinə qarışmaq iqtidarında olmadığını bildirib.
Deputat “Report”a açıqlamasında qeyd edib ki, Azərbaycan qanunvericiliyində media subyektlərinin maliyyələşdirilməsi ilə bağlı müvafiq müddəalar var.
Onun sözlərinə görə, onların maliyyə hesabatları şəffaf olmalı, vergi ödəməli, Dövlət Sosial Müdafiə Fonduna işçilərinin pensiya təminatı üçün vəsait ödəməlidirlər:
“Cinayət məsuliyyətinə cəlb edilən “Abzas Media” və “Toplum TV” media qurumlarının vəzifəli şəxsləri bu qanunları pozublar. Ən əsası, xaricdən mənbəyi məlum olmayan və gizli yolla maliyyə əldə ediblər. Onların maliyyə hesabatları şəffaf deyildi, vergi və dövlət sosial müdafiə ödənişindən boyun qaçırıblar. Bunlar ciddi qanun pozuntularıdır. Ona görə də həmin media qurumlarının əməkdaşları cinayət məsuliyyətinə cəlb ediliblər”.
Deputatın fikrincə, həmin media subyektləri xaricdən müəyyən mərkəzlərin siyasi tapşırıqlarını yerinə yetirirdilər və onların müəyyən etdiyi siyasi mövqeni Azərbaycanda yaymağa çalışırdılar.
A.Mirzəzadə vurğulayıb ki, hüquq-mühafizə orqanlarının adıçəkilən iki media subyektinə qarşı qaldırdığı cinayət işi tamamilə qanunidir:
“Xaricdəki mərkəzlər bilməlidirlər ki, Azərbaycanın daxili işlərinə qarışmaq olmaz. Azad mətbuata maraq göstərənlər mənbəni ancaq Azərbaycan cəmiyyətindən axtarmağa çalışmalıdırlar”.
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Azərbaycan multikulturalizmi: Təcrübə, ənənə və müasir çağırışlar" mövzusunda panel müzakirə keçirilib
- Din Xadimlərinin Forumunda panel müzakirə keçirilib
- Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək
- "Ermənistan Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır" - RƏY
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT