Bizə Azərbaycanı tam olaraq Avrasiya inteqrasiyasının iştirakçısı kimi görmək vacibdir.
Oxu.Az xəbər verir ki, Rusiya Federasiyasının prezidentinin müşaviri Sergey Qlazyev “Vestnik Kafqaz”a Azərbaycanın Avrasiya inteqrasiyasında iştirakının vacibliyindən, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının Rusiya-Azərbaycan münasibətlərini möhkəmləndirəcəyindən danışıb.
“Azərbaycan bizim hər gün işlədiyimiz ənənəvi partnyorumuzdur. Azərbaycan mədəni, humanitar və ticarət əməkdaşlığı mənasında Rusiyanın bir hissəsidir. Amma təəssüf ki, Azərbaycan Avrasiyaya iqtisadi inteqrasiya prosesində iştirak etmir. Bu, Rusiya üçün çatışmazlıqdır. Biz Azərbaycanı Avrasiyaya inteqrasiya prosesinin dəyərli iştirakçısı kimi görmək istərdik.
Heç kimə sirr deyil ki, Azərbaycanla Ermənistan münaqişəsi buna mane olur. Tərəflərin qarşılıqlı anlaşması Cənubi Qafqazda uzunmüddətli sülhü təmin etsəydi, həmin əngəllər aradan qalxardı. O əngəllər ki, bu gün Azərbaycanın Avrasiya inteqrasiya prosesində dəyərli iştirakına mane olur”, - Qlazyev bildirib.