Hal-hazırda Azərbaycan bankları müştərilərinə yetərincə dar çərçivələrdə xidmət göstərirlər. Əsasən onların xidmətləri kredit vermək, depozit qəbul etmək və valyuta dəyişməkdən ibarətdir. Son zamanlarda Azərbaycanda, eləcə də mobil və internet-bankinq sahəsində bəzi xidmətlər göstərməyə başlayıblar.
Oxu.Az “Exo” qəzetinə istinadən xəbər verir ki, bu barədə “İqtisadi Təşəbbüslərə Dəstək” İctimai Birliyinin eksperti Samir Əliyev bildirib.
Ekspertin sözlərinə görə, bu, müştərilərin banklara tələbatları olmadığı üçündür.
“Bankların xidmət sahəsinin məhdudluğunun obyektiv səbəbləri var. İş ondadır ki, bank xidmətlərinin geniş spektrinə tələbat yoxdur”, - o vurğulayıb.
S.Əliyevin sözlərinə görə, internet-bankinq və mobil bankinq Azərbaycanda yeni imkanlar üçün üfüq açır.
“Məsələn, Azərbaycanda artıq telefonun köməyi ilə öz hesabına girmək və məlumatlara baxmaq mümkündür. Amma telefon və ya kompüterin köməyi ilə hesabı idarə etmək mümkün deyil. Bunun üçün mütləq banka getmək lazımdır. Halbuki, xidmətlərin əlçatan olması üçün müştərinin hesabını mobil telefonla idarə etməsini təmin etmək daha məqsədəuyğun olardı. Ümumilikdə indiki inkişafı nəzərə alsaq bank xidmətləri bazarında yeni xidmətlər meydana gələcək”, - S.Əliyev əminliklə bildirib.