Gənc müğənni Müşviq Mahmudov ona gələn sponsorluq təklifini qəbul etməyib.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, bu təklifi müğənniyə canlı efirdə ediblər. ATV kanalının “Bu, bir sirdir” verilişinə qonaq olan ifaçıya bu təklifi bir xanım edib:
“Əvvəla, mənə atam maddi dəstək göstərir. Onun dəstəyi təmənnasızdır. Amma başqa sponsor təklifləri həmişə təmənnalı olur və bəzən belə hallarda xoşagəlməz məqamlar yaşanır. Sponsor kiməsə elə-belə sponsorluq etmir. Bunun altında müxtəlif fikirlər olur. Hətta çirkin istək və təkliflər də.
Bəzi sənətçilərimiz üçün fərqi yoxdur, nəfslərinə uyub sponsorlarla anlaşırlar. Sonra da xoşagəlməz dedi-qodular ortaya çıxır. Amma mənim belə nüanslara bulaşmaq niyyətim yoxdur. Ən yaxşısı, bir müddət atama güvənib sənətimlə məşğul olmaqdır. Tanınandan və qazancım çoxalandan sonra isə atamın da borcundan çıxacam”.