İlin sonuna qədər Azərbaycanda dövlət xidmətlərindən istifadəni asanlaşdıran 9 mərkəz fəaliyyət göstərəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilin sonuna qədər dövlət xidmətlərindən asan istifadənin (ASAN) daha 3 mərkəzini açmağı planlayır.
Oxu.Az Fineko/abc.az-a istinadən xəbər verir ki, dövlət agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynovun bildirdiyi kimi, Sabirabad, Bərdə və Masallı rayonlarında daha üç mərkəz açılacaq və agentlik artıq vakansiyalar barədə elan verib.
“Hal-hazırda Bakıda dörd “ASAN” mərkəzi fəaliyyət göstərir. İki mərkəz Sumqayıt və Gəncə şəhərlərində yerləşir. Beləliklə də, daha üç mərkəz açılarsa, “ASAN” xidmət mərkəzlərinin sayı doqquza çatacaq”, - A.Hüseynov deyib.