Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, Yaponiyanın nüfuzlu "Nikkei" nəşri COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyevlə müsahibəni yayımlayıb. Müsahibədə COP29-un yekununda əldə edilmiş uğurlu nəticə olaraq 300 milyard ABŞ dolları məbləğində iqlim maliyyəsi qərarı bir daha xatırladılıb. Məqalədə, həmçinin Beynəlxalq Enerji Agentliyinə istinadən hazırda təmiz enerji sahəsində qlobal investisiyada Çinin payının 1/3-ə çatdığı qeyd olunur.
Qazaxıstanın "Tengrinews.kz" nəşri xəbər verir ki, bu ölkənin 6 vətəndaşı oraya qayıtmaq üçün İrandan Azərbaycana keçib. Mənbə onu da xatırladıb ki, bəzi xarici dövlətlər İranda olan vətəndaşlarının təxliyəsi məqsədilə Azərbaycan ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı ölkəmizə müraciət ediblər.
Rusiya İctimai Televiziyasının saytında xəbər olunur ki, Azərbaycan İranla sərhəddə radiasiya səviyyəsini yoxlamağa başlayıb. Mənbə qeyd edir ki, azərbaycanlı mütəxəssislər radiasiya səviyyəsini yoxlamaq üçün sərhədyanı rayonlara göndəriliblər. Bildirilir ki, müayinələr zamanı ətraf mühitdə radiasiya fonunda hər hansı çirklənmə aşkar edilməyib.
Ətraflı süjetdə: