Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentini təbrik edib
“Bunu qeyd etmək fərəh doğurur ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluq, dostluq və etimad prinsiplərinə əsaslanan ənənəvi qardaşlıq münasibətləri müasir dövrdə ən geniş istiqamətlər üzrə uğurla inkişaf edir. Ölkələrimiz arasında səmərəli qarşılıqlı əməkdaşlıq son illərdə keyfiyyətcə yeni səviyyəyə yüksəlib”.
Bu fikirlər Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.
“Türkmənistan bizim tərəfdaşlığımızın mövcud böyük potensialını reallaşdırmaq məqsədilə bundan sonra da qardaş Azərbaycan ilə məzmunlu və yüksək dərəcədə etimada əsaslanan dialoq aparmaq niyyətindədir. Qəti əminəm ki, strateji xarakter daşıyan Türkmənistan-Azərbaycan münasibətləri birgə səylərimizlə qardaş xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək və dərinləşəcək”, - məktubda qeyd olunub.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Dünyanın məşhur siyasətçiləri Azərbaycanın "yaşıl enerji" siyasətini necə dəyərləndirirlər?
- Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib
- Cinayət və İnzibati Xətalar məcəllələrində satınalmalara dair dəyişikliklər qüvvəyə minib
- Azərbaycanda mülki odlu silah əldə etmək hüququ üçün qoyulan yaş həddi qaldırıldı
- İqtisadiyyat Nazirliyinin işçilərinin sayı artırılıb