Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rəisi Paşinyanın arvadının Kiyevə səfərinə görə onu tənqid etdi - YENİLƏNİB
İran Prezidenti İbrahim Rəisi Ermənistan baş naziri Nikol Paşinyanın siyasətinin regionda vəziyyəti mürəkkəbləşdirdiyini bildirib.
Rəisi bu barədə Paşinyanla söhbətində onun özünə deyib.
İran mediası siyasətçilər arasında telefon danışığının təfərrüatını açıqlayıb.
Qeyd olunub ki, İran prezidenti söhbət zamanı ölkələr arasında “3+3” formatından kənar dialoqun, o cümlədən ABŞ ilə hərbi təlimlərin, həmçinin Paşinyanın həyat yoldaşı Anna Akopyanın Ukraynaya səfərinə eyham vuraraq “şübhəli səfərlər”in arzuolunmaz olduğunu vurğulayıb.
15:16
Ermənistan baş naziri Nikol Paşinyan və İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Bu barədə Ermənistan hökumətinin Mətbuat Xidməti məlumat verib.
Məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub.
Paşinyan İbrahim Rəisidən Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlar aparılması ilə bağlı xahiş edib.
Qeyd edək ki, daha əvvəl Nikol Paşinyan eyni xahişlə Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsa müraciət edib.
Mənbə: Ermənistan KİV