Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rəsmi Bakı BMT-ni itkin düşmüş şəxslərlə bağlı Ermənistandan tam əməkdaşlıq tələb etməyə çağırıb
"Müharibə dövründə törədilmiş cinayətlərdən danışarkən münaqişə nəticəsində itkin düşmüş 4 000-ə yaxın Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilməsi və ailələrinin davamlı əzab-əziyyətinə son qoyulması mühüm əhəmiyyət kəsb edir".
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrədə İnsan Hüquqları Şurasının 56-cı Sessiyasının Yüksəksəviyyəli İclasında bildirib.
"Biz BMT-nin müvafiq orqanlarını və mexanizmlərini bu insanların taleyinə və harada olduqlarına aydınlıq gətirmək məqsədilə bu məsələni öz gündəmində tutmağa və Ermənistandan tam əməkdaşlıq tələb etməyə çağırırıq", - E.Məmmədov deyib.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Elnur Məmmədov: "Ermənistanın normallaşma prosesində əsas maneəni aradan qaldıracağını gözləyirik"
- XİN rəhbərinin müavini Cenevrədə Mirzoyana cavab verib
- "S&P Global" Azərbaycanda növbəti iki il üçün inflyasiya proqnozunu açıqlayıb
- İsrail Qəzzaya çadırların çatdırılmasının qarşısını alır?
- Prezident: "Ölkələrin daxili işlərinə qarışmamaq siyasətimiz beynəlxalq arenada dəstəklənir"