Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rəsmi Bakı Hindistan və Pakistanı təmkinli olmağa çağırıb - BƏYANAT
"Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasında mövcud gərginlikdən narahatıq".
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Hindistan və Pakistan arasındakı gərginliyə dair bəyanatında bildirilib.
"Biz tərəfləri təmkinli olmağa və mövcud gərginliyi aradan qaldırmaq üçün konstruktiv dialoqa çağırırıq. Belə qeyri-sabit vəziyyətdə birtərəfli hərəkətlərdən çəkinmək vacibdir.
Bundan əlavə, hazırkı vəziyyəti həll etmək üçün açıq və şəffaf beynəlxalq araşdırma aparılacağına ümid edirik.
Münaqişənin həlli üçün yolun beynəlxalq hüququn norma və prinsipləri, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında mənalı dialoqun və danışıqların olduğuna inanırıq.
Regional sabitlikdə ortaq və qarşılıqlı marağı qəbul edərək, ümid edirik ki, tərəflər öz xalqlarının və daha geniş regionun rifahının qorunması üçün sülh və əməkdaşlıq naminə diplomatik kanallardan istifadə edəcəklər", - bəyanatda deyilir.

"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Baş prokurorun müavini: "92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir"
- Nazir müavini: "COP29-dan sonra Afrika ölkələri ilə əməkdaşlığı genişləndirməkdə maraqlıyıq"
- Fərid Şəfiyev: "Ermənistanda etiraf edirlər ki, "Sülh kəsişməsi" layihəsinin gələcəyi yoxdur"
- Deputat: "Azərbaycan dünyada bir-biri ilə rəqabət aparan ölkələr arasında balans seçməyi bacarır"
- Nigar Məmmədova: "Qlobal Cənub ölkələrinin əməkdaşlıq potensialından istifadə etməliyik"