Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Qətərin paytaxtı Doha şəhərinə hücuma münasibət bildirib.
Oxu.Az xəbər verir ki, nazirliyin "X" hesabında paylaşılan məlumatda deyilir:
"Biz regional gərginliyi daha da gücləndirmək riski ilə Qətərə qarşı bugünkü hücumdan dərin narahatıq. Biz Qətərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik və regionda sabitliyi qorumaq üçün diplomatik səylərə üstünlük verməyə çağırırıq".
We are deeply concerned by today’s attack against Qatar that risk further aggravating regional tensions.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 9, 2025
We support the sovereignty and territorial integrity of Qatar, and call on to prioritize diplomatic efforts, in order to safeguard stability in the region.