Dünyanın heç bir ölkəsi Azərbaycanın yaxın tarixdə məruz qaldığı zorakılıq kimi hallardan sığortalanmayıb.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Qafqaz Müsəlmanları İdarəsində (QMİ) sədr Allahşükür Paşazadə ilə keçirdiyi görüş zamanı deyib.
O bildirib ki, ABŞ-ın özü də bu cür hallardan sığortalanmayıb:
“Ona görə də biz belə halların baş verməməsi üçün birgə çalışmalıyıq”.
R.Sekutanın sözlərinə görə, Azərbaycanın məruz qaldığı hadisələr bir səfir kimi onun üçün çox önəmlidir:
“Ölkənin yaşadığı ağrı-acı, xüsusilə Xocalı faciəsi kimi hadisələr məni çox ağrıdır və bu hadisəni mən yaxından öyrənməliyəm. Bu, mənim üçün önəmlidir”.
E.Ə.
www.oxu.az