“Yeni Kaledoniya Bakı Təşəbbüs Qrupunun fəaliyyətini yüksək qiymətləndirir”.
“Report” xəbər verir ki, bunu Kanak İşçiləri Həmkarlar İttifaqının xarici məsələlər üzrə koordinatoru Rok Xaokas noyabrın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda keçirilən konfransda deyib.
“Ötən ay Bakıda bəyannamə qəbul olunub və növbəti illərdə də biz bu prinsiplərə sadiq olmalıyıq. Biz Azərbaycanın ədalətə nail olmaq üçün siyasi iradəsini görürük”, - deyə Rok Xaokas bildirib.