Rusiya baş nazirinin müavini Dmitri Roqozin Moskva və Bakının əvvəllər mürəkkəb müzakirələrə səbəb olan bir sıra məsələni bəyan edib.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Qeyd edək ki, Bakıda Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın 16-cı iclası keçirilir. İclasın nəticəsi iki ölkə tərəfindən iclas protokolunun imzalanması olacaq.
“Biz danışıqlara çox zaman sərf etdik, mürəkkəb diskussiyalara səbəb olan bir sıra məsələni gündəmdən çıxardıq. Vəziyyətdən istifadə edərək sizi 2017-ci ilin iyun ayının 1-3-də Sankt-Peterburqda keçiriləcək XXI enerji forumuna dəvət edirəm”, - Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubova müraciət edərək bildirib.
Daha öncə “Kommersant” qəzeti əməkdaşlığın ümumi məsələlərinin müzakirəsindən sonra, gündəmdə iki tədbir – Rusiyanın baş nazirinin Azərbaycanın prezidenti İlham Əliyev ilə görüşü və Hərbi ticarət əməkdaşlıq üzrə Federal Xidmətin direktorunun birinci müavini Andrey Boytsovun da iştirak edəcəyi silah ixracı üzrə danışıqlar ayrıca bənd kimi qeyd edilib.
N.O.
www.oxu.az