Azərbaycan və erməni qoşunlarının təmas xəttində hər gün atəş açılır, insanlar həlak olur.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin “Exo Moskvi” radiosunun efirində bazar ertəsi bildirib.
D.Roqozin qeyd edib ki, regiona səfərdən sonra açıq-aydın olur ki, “dondurulmuş münaqişələri həll etmək lazımdır – belə ki, onlar mütəmadi olaraq fəallaşır”.
“Azərbaycan və erməni qoşunlarının təmas xəttində hər gün atəş açılır, insanlar həlak olur. Görünür, bu qığılcım da qanlı yolun nəticəsidir. Sülh prosesinə qayıtmaq lazımdır”, - baş nazirin müavini bildirib.