Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, R. Abdullayev Azərbaycan Respublikasında neft sənayesinin inkişafındakı xidmətlərinə görə təltif edilib.