Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rövzət Qasımov: "Bəzi DSK-ların məntəqələrində dəyişikliyə zərurət yaranıb"
"Bəzi dairə seçki komissiyalarında (DSK) seçicilərin müəyyən artım dinamikası olub, bunu nəzərə alaraq bəzi DSK-ların məntəqələrində dəyişikliyə zərurət yaranıb".
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında qurum sədrinin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, 1 saylı Şərur - Sədərək və 68 saylı Sabirabad-Şirvan dairəsində yeni seçki məntəqələrinin yaranmasına ehtiyac yaranıb:
"Məntəqə seçki komissiyalarının formalaşması həmin dairə seçki komissiyalarına həvalə edilməlidir. Qərar dərc edildiyi gündən qüvvəyə minib".
Daha çox foto burada: PhotoStock.az
Mərahim Nəsib
"Mərkəzi Seçki Komissiyası (MSK)" teqi üzrə xəbərlər
- Bələdiyyə seçkisində səsvermənin nəticələri etibarsız olan məntəqələrin SİYAHISI
- MSK bələdiyyə seçkisinin yekun protokolunu təsdiqləyib
- Bəzi seçki məntəqələrində səsvermənin nəticələri LƏĞV EDİLİB
- Məzahir Pənahov: "Bələdiyyə seçkisi ilə bağlı MSK-ya 43 şikayət daxil olub"
- MSK-da bələdiyyə seçkisi ilə bağlı daxil olan müraciətlərə baxılıb