"ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir".
Oxu.Az -ın ABŞ KİV-ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Marko Rubio Ağ Evdə Prezident Donald Trampın da iştirak etdiyi hökumət iclasında deyib.
"Ümid edirəm ki, yaxın vaxtlarda sülh sazişi bağlanacaq", - deyə o qeyd edib.
Rubio Hindistan və Pakistan, Konqo Demokratik Respublikası və Ruanda arasında münaqişənin sona çatdığını da xatırladıb və İranın nüvə proqramı ətrafında vəziyyət barədə danışıb.