Rusiya Azərbaycana quru qoşunları üçün nəzərdə tutulmuş böyük miqdarda silah tədarükünə başlayıb. Rusiyalı ekspertlər belə tədarüklərin Ermənistanda mənfi reaksiya doğuracağını hesab edirlər.
AZE.az xəbər verir ki, Rusiya ölkəmizə 1 milyard dollar dəyərində silahların tədarükünə başlayıb.
“Vedomosti” qəzetinin mənbəyinin sözlərinə görə, söhbət üç tabor (94 ədəd) T-90S tankları, təxminən 3 tabor (təxminən 100 ədəd) BMP-3 (Piyadaların Döyüş Maşını), 1 divizion (18 ədəd) Msta-S özüyeriyən artilleriya quğrusu, bir divizion (18 buraxılış qurğusu) “Smerç” reaktiv yaylım atəş sistemi, bir divizion (18 ədəd) “Vena” özüyeriyən artilleriya qurğusu və bir batareya (6 ədəd) TOS-1A “Solntsepek” ağır odsaçan sistemdən (“Buratino” sisteminin yeni modifikasiyası, şəkildəki sistem) gedir.
Döyüş sursatları da daxil olmaqla, bu silahlara aid bağlanılmış müqavilələrin ümumi dəyəri nomenklaturaya əsasən ən azı 700 milyon dollar, bəlkə də hətta 1 milyard dollara yaxın təşkil edir, Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib.
Tanklarla birlikdə dəstə zirehli təmir-evakuasiya maşınları BREM-1M və T-90 tankının bazasında yaradılmış İMR-3M mühəndis-istehkam maşını daxildir, toplar və reaktiv yaylım atəş sistemlərinə xidmət göstərilməsi və onların atəşinin idarə olunması üçün gərəkli bütün maşınlar alınır.
www.aze.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin