Zərdabın 2-ci Alıcanlı kənd sakini olan 15 yaşlı, adı şərti olan Leyla Rzayeva böyüyüb boya-başa çatdığı ailədən könüllü uşaq evinə gedir. Körpəikən anası Şənurə Hacıyeva və atası 32 yaşlı Həsrət Rzayev tərəfindən imtina edilən bu qızcığaz babası Ağa və nənəsi Nailə Razayevlərin himayəsində böyüyüb.
Anası hazırda Türkiyədə Mustafa adlı bir şəxslə rəsmi nigahda olaraq 3 övlad sahibidir. Hətta ailə ilə ayın 10-da əlaqə saxlayan ana kimliyini danaraq bir daha onun axtarılmasını istəməyib. Öncədən də bildirib ki, mənim belə bir qız övladımın olmasını indiki ailəm bilmir və bilməyini də istəmir.
Oxuduğu kənd məktəbindən könüllü çıxan və bir ay öncə nişanlı olub nişanı qayıdan bu qızcığaz ümumiyyətlə kənddə qalmaq istəmir. 4 ildir ki, anasının axtarışında olan Leyla indi müstəqil qərar qəbul edib. Doğma anası ondan imtina etdiyindən sonra böyüdüyü bu kasıb ailəyə də yük olmaq istəmir.
Ata Həsrət Rzayev də qızından körpəlikdən imtina etdiyindən bu yaşına qədər onunla heç maraqlanmayıb. İkinci dəfə ailə quran ata kənddə yaşayıb, o da 3 övlad sahibidir. Leyla onların qeyri-rəsmi nigahdan doğulan övladlarıdır.
Min bir əziyyətlə bütün ehtiyacları bu kasıb və çox külfətli ailədə qarşılanan Leylanın indi tək istəyi yaxşı şəraiti və yüksək təhsil almaq imkanı olan bir mühütdə qalmasıdır. Həmin mühüt isə onun üçün televiziya efirindən izlədiyi uşaq evləridir.
Bunu mikrafona deməsə də şifahi olaraq bildirdi. Uşaq evinə getməsində israrlı olan bu qızı ayın 11-də nənəsi və babası Zərdab rayon polis şöbəsinə aparıb.
Polis şöbəsi isə bunun RİH-də həll olunan bir məsələ olduğu üçün ora göndərib. Nəticədə isə rayon İcra Hakimiyyətində ayın 11-də bununla bağlı geniş iclas keçirilib. Bütün tərəflər dinlənildikdən sonra belə qənaətə gəlinib ki, qız öz istəyində qaldığından onu rəsmi qaydada uşaq evlərinin birinə təhvil verilsin. Hazırda bu işlə məşğul olan RİH-nin ictimai-siyasi və humanitar məsələlər üzrə müavini və yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiə qurumun sədri olan Rəhman Feyzullayev qızın normal olduğunu, heç bir fiziki, cinsi zorakılığa məruz qalmadığını və böyüdüyü ailəsinin tərk etməyini yaşlı nənə-babanın imkansız olması, külfətin çoxluğu və qızın yaxşı şəraitdə yaşamaq istəyi ilə əlaqələndirdi.
Hətta iclasdan öncə qızın tibbi ekspertizadan keçirilərək yoxlandığını və qızın heç bir zorakılığa məruz qalmadığını bildirib.
Rayon İH başçısının müavini Rəhman Feyzullayevin sözlərinə görə, komissiyanın müzakirəsi zamanı bir daha aydın olub ki, burada heç bir problem doğuran məsələ yoxdur:
“Problem doğuran məsələ nənə və babanın o uşağın lazımı tərbiyəsi ilə məşğul ola bilməməsidir. İmkanları aşağıdır və bəzi tələbatlar ödənə bilmir. Onların da və uşağında müraciətini nəzərə alaraq, onu uşaq evlərinin birinə yerləşdiriləcək”,
İcra rəsmisi onu da əlavə etdi ki, Təhsil Nazirliyinə göndərdikləri 12 iyun tarixindəki vəsatət qəbul edilsə uşaq qısa müddətə Gəncə uşaq evinə göndəriləcək.
Qeyd edək ki, dünən bır sıra xəbər saytlarında Leyla Rzayevanın əxlaqıyla bağlı xoşagəlməz yazılar çıxıb və onun Zərdab rayon Alıcanı kənd sakinləri tərəfindən həmin kənddəki əxlaqsızlıq yuvasının qəhrəmanlarından 1-i olduğuna görə sürgün edilməsi ilə bağlı məlumatlar yayılmışdı.
Ailə üzvləri, kənd sakinləri və polis şöbəsi bu məlumatların yanlış olduğunu və müraciətlərin polis şöbəsinə edilmədiyini bildirdilər.
www.anspress.com
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin