Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rusiya Azərbaycana təşəkkür etdi
Rusiya İsrailin hücumu zamanı İranda olan Rusiya vətəndaşlarının vətənlərinə qaytarılmasında göstərdiyi köməyə görə Azərbaycana minnətdarlığını bildirir.
Oxu.Az bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatına istinadla xəbər verir.
"Vətəndaşlarımızın Azərbaycan-İran sərhədindən Bakıya daşınmalarının təmin edilməsində, mehmanxanada yerləşdirilməsində və vətənə qayıtmasına köməklik göstərdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildiririk", - deyə XİN-in məlumatında bildirilir.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar