Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiya Azərbaycanın etiraz notasına cavab verdi
Rusiya həm Azərbaycan, həm də Ermənistana silah və hərbi texnika sataraq regionda qüvvələr balansının qorunmasını nəzərə alır.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
“Ermənistan Rusiyanın müttəfiqidir. Bizim bu ölkə ilə hərbi-texniki sahədə əməkdaşlığımız şəffaf və açıqdır”, - M.Zaxarova bəyan edib.
O, bu faktın Azərbaycan tərəfindən anlayışla qəbul ediləcəyinə ümid etdiyini bildirib.
“Silah tədarükündə Rusiya üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət edir, müvafiq qanunvericilik ilə əsaslandırılmış ixrac nəzarəti sisteminin sərt çərçivələrində hərəkət edir”, - M.Zaxarova bildirib.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
- ABŞ-nin Bakıdakı səfiri Mark Libbi vidalaşdı: "Ən unudulmaz təəssüratı Azərbaycan xalqı bəxş etdi"
- Hakan Fidan Azərbaycana səfər edəcək
- Azərbaycan və Braziliya aqrar sahədə əməkdaşlıq edəcəklər
- Paşinyan: "Biz Azərbaycanla münasibətlərin normallaşması üçün konstruktiv həllər təklif etmişik"