"Azərbaycanın Qarabağı və digər azad edilmiş əraziləri bərpaetmə tempi heyranedicidir".
Oxu.Az xəbər verir ki, bu barədə "Report"un Laçındakı əməkdaşına açıqlamasında Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bildirib.
"Bu, mənim Laçına ikinci səfərimdir. Mən burada ötən il olmuşam. Gözəl bir səfər idi. Azərbaycanın Qarabağı bərpaetmə tempi heyranedicidir. Əlbəttə, burada azərbaycanlıların yaşaması, istirahət etməsı və işləməsi üçün bütün şərait yaradılır", - səfir deyib.
O qeyd edib ki, məmnuniyyətlə Qarabağı ziyarət edir:
"Füzulidə, Şuşada olmuşam. Təbii ki, mən məmnuniyyətlə Qarabağı və Azərbaycanın digər bölgələrini ziyarət edəcəyəm".