Digər ölkələrdən olan vətəndaşların Azərbaycana təxliyə prosesi davam edir.
Oxu.Az xəbər verir ki, Rusiya vətəndaşlarından ibarət növbəti qrup Azərbaycana təxliyə edilib.
Həmin təxliyə prosesindən görüntüləri təqdim edirik:
Rusiya vətəndaşlarından ibarət növbəti qrup Azərbaycana təxliyə edilib #Rusiya pic.twitter.com/TStnuLMoKM
— Oxu.Az (@oxuaz) June 15, 2025
Xatırladaq ki, daha əvvəl də Rusiya vətəndaşlarından ibarət qrup Astara sərhəd-keçid məntəqəsindən təxliyə edilmişdi.
İrandan təxliyə edilən xarici vətəndaşlara tibbi xidmət göstərilməsi üçün də şərait yaradılır.