Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycandakı parlament seçkilərinə müşahidəçi göndərməkdən imtina etməsi çox təəccüblü olub.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a verdiyi müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa Əməkdaşlığı Departamentinin direktoru, bu ölkənin ATƏT-dəki keçmiş daimi nümayəndəsi Andrey Kelin bəyan edib.
“İndiyə qədər həmişə danışıqlar aparıb həll variantı tapmaq olurdu. Ümumiyyətlə, DTİHB-lə bağlı situasiya olduqca qəribədir. Məsələn, Almaniyadakı seçkilərə cəmi iki ekspert göndərirlər. Gürcüstandakı seçkilərə isə 600-ə yaxın müşahidəçi səfərbər edirlər. Belarusdakı seçkilərdə də eyni şey baş verir. Azərbaycandakı seçkilərə münasibətdə isə ümumiyyətlə, qalmaqal baş verdi. DTİHB rəhbərliyi ora ölçüyə uyğun gəlməyən sayda müşahidəçi göndərmək arzusunu ifadə etdi. Azərbaycan dedi: “Yox, biz daha məhdud missiya qəbul etmək istərdik””, - Kelin qeyd edib.
Belə situasiya əvvəllər də olmuşdu. Burada yeni heç nə yoxdur. Bir çox ölkələr deyir ki, onlara müşahidəçilərin 1000 nəfərlik dəstələri lazımdır. Yalnız ona görə ki, nöqsanları üzə çıxarsınlar. Bu, adi işdir.
Bu, adi işdir. Azərbaycan da elə bunu dedi: “Yox, gəlin razılaşaq”.
Və birdən nəyə görəsə DTİHB rəhbərliyi tamamilə müəmmalı qərar verib ümumiyyətlə, müşahidəçi göndərməyəcəyini elan etdi”- deyə rusiyalı diplomat bildirib.
Onun sözlərinə görə, “DTİHB-in bu qərarı həmin strukturun siyasi sifarişli olmasını bir daha nümayiş etdirir. Üstəlik DTİHB-in seçki standartlarının özü də “qızıldan” deyil, bu standartlar tamamilə özbaşına yozulur. Hansı ki, Qərbdən tutmuş Şərqə qədər bütün ölkələrə qarşı eyni müşahidə standartı və aydın qaydalar olmalıdır”, - Kelin deyib.