Xəzər rayonunun Türkan və Zirə qəsəbələrinə yeni yaradılmış infrastruktur vasitəsilə içməli suyun verilməsinə başlanılıb.
Bu barədə “Azərsu” ASC-dən Oxu.Az-a bildirilib.
“Bu vaxta qədər 11 500 nəfər əhalisi olan Türkan və 11 700 nəfər əhalisi olan Zirə qəsəbələrində mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud olmayıb. Əhali suya olan tələbatını əsasən quyu suları hesabına ödəyib və ya içməli suyu maşınlarla alıb” - deyə, “Azərsu”-dan bildirilib.
Ülviyyə R. Əli
www.oxu.az