Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin yanvar-oktyabr aylarında Novorossiysk limanından Bakı-Novorossiysk neft kəməri ilə ixrac edilmiş 1 mln. 100,446 min ton neft yola salıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 29,8% çoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilib.
Bununla belə, 2015-ci ilin oktyabr ayında SOCAR Novorossiysk limanından neft yola salmayıb.
Şirkətin məlumatına görə, ötən ay dünya bazarlarında “Brent” markalı neftin bir barelinin orta qiyməti $48,56, “Urals” markalı neftin bir barelinin qiyməti $47,49, “BTC FOB Ceyhan” markalı neftin qiyməti $50,06 təşkil edib.
2014-cü ildə SOCAR Novorossiysk limanından 932,155 min ton neft yola salıb.
Qeyd edək ki, SOCAR prezidenti Rövnəq Abdullayev bir müddət əvvəl bildirmişdi ki, 2016-cı ildə Bakı-Novorossiysk boru kəməri üzrə neftin nəqlinin həcmini bu ilin səviyyəsində saxlayacaq.
“Gələn il Bakı-Novorossiysk boru-kəməri üzrə 1,5-1,6 milyon ton neft nəql etməyi planlayırıq”, - R.Abdullayev demişdi.
Ülviyyə R. Əli
www.oxu.az