Dövlət Neft Şirkəti ( SOCAR) 2016-cı ildə Bakı-Novorossiysk boru kəməri üzrə neftin nəqlinin həcmini bu ilin səviyyəsində saxlayacaq.
Oxu.Az oilgasfield.ru-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.
“Gələn il Bakı-Novorossiysk boru-kəməri üzrə 1,5-1,6 milyon ton neft nəql etməyi planlayırıq”, - R.Abdullayev deyib.
Onun sözlərinə görə, SOCAR şimal ixrac marşrutunu istifadə etməyə davam etmək niyyətindədir.
“İqtisadi nöqteyi-nəzərdən üçüncü marşrut çox vacibdir. Həm də o bizim üçün vacib olduğu qədər Rusiya tərəfi üçün də vacibdir, belə ki, Rusiya tərəfi müəyyən gəlir əldə edir” - deyə, R. Abdullayev bildirib.
Ülviyyə R. Əli
www.oxu.az