“Azərbaycanla bütün sahələrdə münasibətləri dəstəkləyirik və inkişaf etdiririk”.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Azərbaycan-Rusiya əməkdaşlığının vəziyyəti barədə danışarkən deyib.
“Bu, bizə yaxın xalqdır. Əlaqələrimiz olub, var və olacaq. Rusiya Azərbaycanla əlaqələri digər amillərlə bağlayıb əlaqələndirmir”, - XİN nümayəndəsi bildirib.
O vurğulayıb ki, ölkələrimiz arasında qarşılıqlı etimad və açıq dialoq mövcuddur.
N.O.
www.oxu.az