Rusiya Moskva və Bakı arasında münasibətlərin korlanmasına səbəb olacaq heç nə etməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya XİN nümayəndəsi Mariya Zaxarova, Dövlət Dumasının Türkiyə və Rusiya arasında müqavilənin pozulmasına dair sorğuya cavab verərkən bildirib.
“XİN-ə Türkiyə və Rusiya arasında 1921-ci il müqaviləsinin pozulmasına dair sorğu daxil olub, biz bu məsələni öyrənirik”, - Zaxarova bildirib.
“Bizi Azərbaycan ilə bir çox sahələr bağlayır və biz münasibətlərin korlanmasına səbəb olacaq heç nə etməyəcəyik”, - Rusiya XİN nümayəndəsi bildirib.
Zaxarova qeyd edib ki, XİN-ə Türkiyə və Rusiya arasında 1921-ci ildə bağlanmış müqavilənin pozulmasına dair sorğu daxil olub.
“Biz bu məsələni öyrənirik”, - o deyib.
Dövlət Dumasının deputatları Valeri Raşkin və Sergey Obuxov (hər ikisi RFKP-nın üzvləridir) Rusiya prezidenti Vladimir Putinə və XİN rəhbəri Sergey Lavrova 1921-ci ilin mart ayının 16-da RSFSR hökuməti və Türkiyəni Böyük Milli Məclisi arasında imzalanmış dostluq və qardaşlıq haqqında müqaviləni pozmağı təklif ediblər.