Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiyada 83 dövlətin iştirakı ilə "Ordu-2024" forumu keçirilir
Rusiyada "Ordu-2024" ("Armiya-2024") Beynəlxalq Hərbi-Texniki Forumunda 83 dövlətin rəsmi hərbi nümayəndə heyəti iştirak edəcək.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər verib.
Bildirilir ki, bunlardan 39-na müdafiə nazirliklərinin rəhbərləri və baş qərargah rəisləri rəhbərlik edəcək.
"Dörd dövlət - Belarus, İran, Hindistan və Çin dost ölkələrin müdafiə sənayesi müəssisələrinin milli ekspozisiyalarını və fərdi stendlərini formalaşdırıb. Forumun işində 120-dən çox xarici şirkətin nümayəndələri iştirak edir", - deyə məlumatda vurğulanıb.
Qurumdan, həmçinin bildirib ki, ümumilikdə forumda 26 hərbi idarəetmə orqanından 226 hərbi ekspert iştirak edəcək.