Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
MEDİA: "İsrailin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi dezinformasiyadır"
"Son dövrlər bəzi ölkələrin media resursları mötəbərliyi şübhə doğuran mənbələrə istinad edərək Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş məlumatlar yaymaqdadırlar. Dezinformasiyanın təsiri altında "İran İnternational" televiziya kanalı, habelə "The Telegraph" nəşri və "Kan" agentliyi Azərbaycan barədə beynəlxalq jurnalistika standartları ilə bir araya sığmayan informasiya manipulyasiyası həyata keçirib, guya İsrailin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə dezinformasiya yayıblar".
Oxu.Az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, ki, Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil və bununla bağlı yalan məlumatlara söykənmiş informasiya manipulyasiyaları ciddi şəkildə qınanılır: "Eyni zamanda, bir daha diqqətə çatdırırıq ki, hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq, media məlumatları paylaşarkən hamı tərəfindən qəbul olunmuş jurnalistikanın vahid etik prinsiplərinə əməl etməlidir. Bu tipli klassik dezinformasiya nümunəsi olan materialların sosial şəbəkə seqmentinə sirayət etdikdən sonra bəzi yerli media subyektlərimiz tərəfindən təkrar tirajlanmasını yolverilməz hesab edirik".
Bəyanatda cəmiyyətə yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırış edilib.
İsrail ordusu İrandan gələ biləcək hücum təhlükəsini əsas götürərək öz hərbi mükəlləfiyyətli vətəndaşlarına Azərbaycan və Gürcüstanda qalmağı qadağan edib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin "Kan" ictimai televiziya və radio şirkəti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, hazırda hərbi xidmətdə olan və hər hansı səbəbdən Cənubi Qafqazın bu iki ölkəsinə səfər etmiş İsrail vətəndaşlarına dərhal İsrailə qayıtmaq əmr olunub.
Bunun səbəbi kimi Gürcüstan və Azərbaycanın İrana yaxın olması və bu ölkələrdə İran vətəndaşlarının yaşaması, həmçinin Azərbaycanın İranla ümumi sərhədinin olması göstərilib.
"İran-İsrail münasibətləri" teqi üzrə xəbərlər
- Qazaxıstan milli basketbol komandası İrana getməkdən imtina etdi
- İrandan İsrailə qarşı "Doğru Vəd-3" əməliyyatı ilə bağlı yeni açıqlama
- Əli Xameneinin Suriyada səfərdə olan müşaviri Laricaninin görüş yerinin yaxınlığı hədəfə alındı
- Yeni dövr başlayır: Trampın hakimiyyəti dünyaya, Qafqaza və Azərbaycana necə təsir edəcək?
- İran prezidenti: "Onların bizə hücuma cəsarət etməmələri üçün raketlərimiz var"
Rəylər