Prezident İlham Əliyev İrina Aleksandrovna Viner-Usmanovanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında idman sahəsində əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə İrina Aleksandrovna Viner-Usmanova “Dostluq” ordeni ilə təltif edilib.
Viner Usmanova bədii gimnastika üzrə tanınmış məşqçilərdən biri hesab edilir. Bir müddət öncə onun 70 yaşı tamam olub.
Məşqçi kimi o, Y.Batırşin, Y.Barsukova, A.Kabayeva, E.Kanayeva və s. tanınmış gimnastları hazırlayıb.