Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiyalı senator Ermənistanın KTMT-də iştirakının dondurulması haqqında: “Paşinyan oyun oynayır”
“Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın KTMT-də iştirakını dayandırdığını elan etməklə öz oyununu oynayır”.
Bu barədə Rusiya Federasiya Şurasının Sosial Siyasət Komitəsinin üzvü, senator Ayrat Gibatdinov News.ru-ya şərhində bildirib.
O, Qarabağ sakinlərinin təxliyyəsini məhz rusiyalı sülhməramlıların təşkil etdiyini xatırladıb.
“Müəyyən vaxta qədər Ermənistan rəhbərliyi KTMT çərçivəsində öhdəliklərin keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı məsələlər qaldırmırdı. Qarabağda vəziyyət gərginləşəndə Rusiya sülhməramlıları arzuedənlərin təxliyyəsini təşkil etdi. Baxmayaraq ki, iki il əvvəl KTMT çərçivəsində öhdəliklərin Qarabağa aid olmadığını təsdiqləyən dialoq baş tutsa da (Rusiya prezidenti bu iki məsələnin aydın şəkildə ayrıldığını açıqladı), indi Paşinyan oyunu oynamağa və məsuliyyətini Rusiyanın üzərinə atmağa çalışır”, - deyə Gibatdinov bildirib.
Xatırladaq ki, Paşinyan Ermənistanın KTMT-də iştirakının dondurulduğunu bildirib. O, eyni zamanda, Ermənistanda Rusiya hərbi bazasının saxlanması məsələsinin də gündəmdə olmadığını deyib.
Bundan əlavə, Paşinyan Rusiyanı Ermənistan qarşısında götürdüyü öhdəlikləri pozmaqda ittiham edib. O, vurğulayıb ki, 10 noyabr 2020-ci il tarixli bəyanatda Moskvanın respublika ərazisindən keçən nəqliyyat kommunikasiyalarına nəzarət etmək imkanına malik olmasına dair heç bir bənd yoxdur. Baş nazir daha sonra regionda qalmayan ermənilərin Qarabağdan çıxarılmasında Rusiya sülhməramlı kontingentinin məsuliyyət daşıdığı barədə də fikir bildirib.
Daha sonra Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski bəyan edib ki, Ermənistan vətəndaşlarının Rusiyaya münasibəti İrəvanı Moskvanın müttəfiqi hesab etməkdən imtina edən Paşinyanın mövqeyindən köklü şəkildə fərqlənir.