Mən AŞPA-nın tərkibini şərti olaraq üç hissəyə bölərdim. Birinci qrup aqressiv kinli rusofoblardır ki, onları artıq heç cürə müalicə etmək olmaz.
İkinci qrup ağlı başında olan, lakin sağlam düşüncənin əksinə olaraq, onlara təzyiq göstərənlərə görə bütün anlaşma, əxlaq, mənəviyyata qarşı səs verməyə məcburdurlar və onlar müqavimət göstərə bilmirlər. Onlar ya öz fikirlərinə qarşı səs verirlər, ya da səsvermə zamanı hansısa bəhanə ilə aradan çıxırlar. Məsələn, Slovakiya, italyanlar.
Və üçüncü hissə - qəti, sağlam düşüncəli, vicdamlı insanlardır. Hər şeyi anlayan deputatlar ədalət naminə səs verir və bunu etməkdən qorxmurlar. Azərbaycan nümayəndə heyətindən olan bizim dostlarımız və həmkarlarımızın hamısı lazım bildikləri kimi ədalətin, sağlam düşüncənin və demokratiyanın xeyrinə səs verdilər. Bu bir nümunədir.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Dövlət Dumasının sədri Sergey Narışkin dünən “Vesti 24” telekanalının efirində Rusiyanın səsvermə hüququnu itirdiyi AŞPA-nın son sessiyası barədə danışarkən bəyan edib. (videoda 6-cı dəqiqədən sonra). Azərbaycan sessiya zamanı Rusiyanın səsvermə hüququndan məhrum edilməsi ilə bağlı qərarın əleyhinə səs verib.
Azərbaycan və digər dövlətlərin bu cür addımının səbəbi ilə bağlı suala cavab verən Narışkin bunları deyib:
“Onlar başa düşürlər ki, bəhanlərdən asılı olamayaraq, deputatın söz və səs hüququnun məhrum edilməsi nonsensdir. Parlament dialoqu davamlı, hamının - həm deputat, həm də parlamentlərin bərabərliyi əsasında olmalıdır”.