Hər beşinci rusiyalı Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olmasını səbirsizliklə gözləyir.
Oxu.Az bu barədə haqqın.az-a istinadən xəbər verir.
Ümumrusiya ictimai fikrin tədqiqatı mərkəzinin məlumatına görə, bu yaxınlarda mərkəz rusiyalıların Rusiya, Qazaxıstan və Belarusiya ilə bərabər Avrasiya İqtisadi İttifaqının yaradılmasına, bu ittifaqı necə görmək istədiklərinə, bu ittifaqın hansı şəhərinin ola biləcəyinə və MDB-nin daha hansı dövlətlərinin bu ittifaqa daxil edilməli olduğuna münasibətini öyrənmək üçün tədqiqat keçirib.
Avrasiya İqtisadi İttifaqı (Aİİ) rusiyalıların çoxu tərəfindən dəstəklənir: Rusiya, Qazaxıstan və Belarusiya tərəfindən Aİİ-nin yaradılmasına rusiyalıların 70%-i müsbət yanaşır. Hal-hazırda sorğuda iştirak edənlərin yalnız 4%-i bu ittifaqın yaradılmasına neqativ münasibət bildirib.
Hər dördüncü rusiyalı bu ittifaqın iştirakçı ölkələrinin siyasi azadlığı şərti ilə SSRİ-nin yeni forması olmasının tərəfdarıdır.