Rusiyalıların dördə üçü (76%) bu və ya digər şəkildə aprelin əvvəlində Dağlıq Qarabağ ətrafında uzun sürən atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında silahlı münaqişənin bərpa olmasından xəbərdardır.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bununla yanaşı, sorğuda iştirak edənlərin 52%-i hesab edir ki, Moskva tərəflərdən heç birini dəstəkləməməlidir.
9-10 apreldə Rusiyanın 53 subyektinin 104 yaşayış məntəqəsində 1500 insan arasında keçirilən sorğuda iştirak edənlərin yalnız 23%-i ilk dəfə Qarabağ münaqişəsi haqqında sosioloqlardan eşitdiklərini bildiriblər.
Rusiyanın indi hansı mövqedə olmasından danışarkən sorğuda iştirak edənlərin yarısı (52%) Rusiyanın heç bir tərəfi dəstəkləməməli olduğunu söyləyib. Sorğuda iştirak edənlərin 6%-i Ermənistanı, 1%-i isə Azərbaycanı dəstəklədi.
23% respondent cavab verməyə çətinlik çəkib.
Sorğunun nəticələrinə görə, respondentlərin 40%-i hesab edir ki, Azərbaycan və Ermənistan arasında münaqişəyə son qoyulması üçün Rusiya ondan asılı olan hər şeyi etməlidir. Eyni zamanda 30% əmindir ki, Rusiya bu məsələdə fəallıq göstərməməlidir.
Hər 10-cu şəxs (11%) cavab verməyə çətinlik çəkib.