Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədrliyindən istefa verib.
Oxu.Az contact.az-a istinadən xəbər verir ki, R.İbrahimbəyov istefası ilə bağlı Milli Şura üzvlərinə müraciət göndərib.
R.İbrahimbəyov bildirib ki, prezident seçkisindən dərhal sonra demokratik müxalifətin sıralarında kəskinləşən partiyalararası fikir ayrılıqları ictimaiyyətin diqqətini ölkənin əsas problemlərindən yayındırır:
“Yalnız özlərinə aydın olan hansısa məqsədlərinə nail olmaqla Milli Şuranın tənqidçiləri iyirmi il ərzində qarşılıqlı irad və ittihamlar səbəbindən pərən-pərən düşmüş demokratik qüvvələrin bu geniş koalisiyasının tarixi əhəmiyyətini kiçildirlər.
Bütün bunları başa düşərək və Müsavat Partiyası rəhbərliyinin mənim Milli Şuranın fəxri sədri seçilməyim ətrafında apardığı diskussiyaların Milli Şuraya qarşı ümumi kampaniyanın tərkib hissəsi olduğunu nəzərə alaraq, qurumun fəxri sədri postundan imtina etməyi öz borcum hesab edirəm”.