Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rüstəm Şahbazov: "Yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna təşkil edir"
"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək".
Oxu.Az xəbər verir ki, bu sözləri Torpaq Məcəlləsinə edilmiş dəyişiklərə dair brifinqdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov deyib.
Rəis müavini bildirib ki, edilmiş dəyişikliklərə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş tikililər inşa edilə və quraşdırıla bilər:
"Bu tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir faizədək hissəsində tikilə bilər".
O, həmçinin qeyd edib ki, yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna təşkil edir:
"Tikinti işlərinin aparılmasına dair tələblər isə müvafiq qanunla müəyyən edilib. İstixanalar və suvarma infrastrukturlarının inşası və quraşdırılması zamanı 5 hektara və 1% dair məhdudiyyətlər tətbiq edilmir".

Daha çox foto burada: PhotoStock.az
Aygün Mirakif
"Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX)" teqi üzrə xəbərlər
- Azərbaycanda iş adamlarının əmlakları hərraca çıxarılır
- "Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması" elektron xidməti ilə bağlı TƏLİMAT
- 180 manata "Nissan" və 50 min manata "Niva": 41 avtomobil hərraca çıxarılıb
- Azərbaycanda yarım milyon manata evlər satışa çıxarılır
- AYNA-ya məxsus avtobuslar satışa çıxarılır