Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sabir Rüstəmxanlı: “Müəllimi alçaldan proseslərdən azad olmalıyıq”
“65 yaşına çatmış müəllimlərin müqavilələrinin 1 il-1 il artırılması subyektiv amilləri ortaya çıxarır”.
APA xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı deyib.
O bildirib ki, qanunda bu məsələ konkret əksini tapmalıdır.
“65 və ya 75 yaşda iş fəaliyyəti bitməlidirsə, bitməlidir. Yoxsa kimlərsə tanışlarının müqavilələrini artıra bilir. Biz bu halları çox müşahidə etmişik. Müəllimi alçaldan proseslərdən azad olmalıyıq. Müəllimin hörmətini aşağı salmaq olmaz”, - deyə millət vəkili qeyd edib.
Ən çox oxunanlar