Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Şagirdi döyməsi ilə məşhurlaşan sabiq icra başçısı müavininin adı MSK siyahısından çıxarıldı
Lənkəran Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Rəsilə Əliyeva (Arifqızı) bələdiyyə seçkisində namizədliyini geri götürüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Rəsilə Arifqızı Lənkəran şəhər bələdiyyəsinin üzvlüyünə namizədliyini irəli sürsə də, artıq namizədliyini geri götürüb.
Rəsilə Arifqızının adı artıq MSK-nın saytında yerləşdirilən qeydə alınan namizədlərin seçki dairələrinə görə bələdiyyələr üzrə siyahısında yoxdur.
Qeyd edək ki, Rəsilə Əliyeva İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub. 2022-ci ilin iyulunda Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Aliyə Samir qızı Camalovanın döyülməsi barədə məlumat yayılıb. Araşdırmalardan sonra Rəsilə Əliyeva vəzifəsindən azad edilib.
Mövzuya aid xəbərlər
- Məktəbli qızı döyən Rasilə Əliyevanın ilk MƏHKƏMƏSİ oldu
- Məktəblini döyən icra başçısının müavini işdən çıxarıldı - VİDEO
- Təhsil Nazirliyindən Lənkəranda vəzifəli şəxslərin məktəbli qızı döyməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
- Yeniyetmə qızı döydüyü iddia edilən icra başçısının müavinindən AÇIQLAMA – YENİLƏNİB + FOTO/VİDEO