"5-ci Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümdə gündən-günə artan Pakistan-Azərbaycan tərəfdaşlığının daha da gücləndirilməsi ilə bağlı məhsuldar müzakirə apardıq".
Oxu.Az xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif "X" sosial şəbəkə hesabında yazıb.
"Antalyada keçirilən 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyüm üçün çox şadam. Gündən-günə artan Pakistan-Azərbaycan tərəfdaşlığının daha da gücləndirilməsi ilə bağlı məhsuldar müzakirə apardıq", - deyə o, paylaşımında vurğulayıb.
