Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 21-də Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində Ermənistan parlament sədri Alen Simonyanla ikitərəfli görüşündən danışıb.
Oxu.Az xəbər verir ki, o, bu barədə Milli Məclisin bugünkü plenar iclasında məlumat verib.
Sədr bildirib ki, görüş konstruktiv dialoq şəraitində keçib:
"Həmçinin, Vaşinqton sammitində əldə olunmuş razılaşmaları və münasibətlərin normallaşması üzrə görülən tədbirlərin vacibliyi qeyd edilib".
Mərahim Nəsib