Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Şahin Diniyev: “Bu, Azərbaycan tarixinin ən şərəfli və möhtəşəm seçkisidir” - FOTO
“Səbail” futbol klubunun baş məşqçisi Şahin Diniyev prezident seçkisində səsvermə hüququndan istifadə edib.
“Report” xəbər verir ki, təcrübəli mütəxəssis 26 saylı Sabunçu seçki dairəsinin 16 saylı məntəqəsində səs verib.
Azərbaycan millisinin sabiq baş məşqçisi seçki ilə bağlı təəssüratını bölüşüb:
“Bu, Azərbaycan tarixinin ən şərəfli və möhtəşəm seçkisidir. Ölkəmiz artıq suverenliyini tam bərpa edib. Əvvəl Qarabağ dərdimiz var idi, indi isə hamı seçkiyə fərəh hissi ilə gəlir. Bütün bunları gördüklərimə əsasən deyirəm”.
Qeyd edək ki, Azərbaycanda bu gün, fevralın 7-nə növbədənkənar prezident seçkisi keçirilir. Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparırlar.