Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginlik gələn həftə Lüksemburqda Avropa İttifaqının Xarici Məsələlər Şurasında müzakirəyə çıxarılacaq.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber deyib.
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginliyin narahatlıq doğurduğunu qeyd edən H. Salber Avropa Parlamentinin bu günlərdə keçirilən plenar iclasında təmsil etdiyi qurumun baş vermiş hadisələrə öz münasibətini bildirdiyini, bu istiqamətdə müzakirələrin aparıldığını vurğulayıb.