Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququ mütləqdir və Ermənistan bizim üçün vacib olan bu məsələdə anlayış və neytrallığa görə Türkmənistana minnətdardır.
Oxu.Az “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan türkmən həmkarı Qurbanqulı Berdımuhəmmədovla ilə Aşqabadda keçirilən birgə mətbuat konfransında bildirib.
“Şadam ki, erməni-türkmən münasibətləri dinamik inkişaf edir. Bizim səfərlərimizin tezliyi tərəfdaş münasibətlərinin gələcək möhkəmləndirilməsi və inkişafında qarşılıqlı marağı təsdiqləyir”, - deyə, Sarkisyan bildirib.
Tərəflər görüşün yekunları üzrə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunublar.
“Mən bir daha Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə prinsipial mövqeyimizi təqdim etdim – məsələ yalnız dinc yolla, beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanma bilər və nizamlanmalıdır”, - deyə, Sarkisyan vurğulayıb.