On səkkiz ildən çox müdafiə naziri olmuş general polkovnik Səfər Əbiyev vəzifədən azad edildikdən sonra ilk dəfə açıqlama verib.
Oxu.Az Media Forum-a istinadən xəbər verir ki, “Yenidən müdafiə naziri təyin olunmadınız. Bunu gözləyirdinizmi və necə qiymətləndirirsiniz” sualına Səfər Əbiyev belə cavab verib:
“Çox normal qiymətləndirirəm. Heç bir problem yoxdur”.
Qeyd edək ki, Səfər Əbiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini, müdafiə naziri vəzifəsinin icraçısı, müdafiə nazirinin müavini vəzifələrində çalışıb.
1995-ci il fevralın 5-dən Azərbaycanın müdafiə naziri idi. O, bu postu general-polkovnik rütbəsində tərk edib.
Dünən axşam, oktyabrın 22-də Səfər Əbiyevin yerinə Zakir Həsənov müdafiə naziri təyin olunub.