Oktyabrın 23-də “Yeni Gallery” Bakı İncəsənət Mərkəzində “Xəttatlıq, miniatür və keramika” sərgisinin açılış mərasimi olacaq.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Mərkəzdən verildiyi məlumata görə, ekspozisiyada Azərbaycan və Türkiyə sənətçiləri – Gülhan Bəydəmir, Ayşe Betül Özey və Özgün Fəridə Özganın əsərləri nümayiş olunacaqdır.
Sərgi noyabrın 3-dək davam edəcəkdir.