Ümidvarıq ki, Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə tezliklə görüşü olacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.
Bu görüşün vaxtının dəqiq bilinmədiyini qeyd edən səfir “ABŞ hesab edir ki, prezidentlərin görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret addımlarla bağlı razılığa gəlinməlidir”, - deyə bildirib.