Azərbaycanda Birləşmiş Krallığı təmsil etmək mənim üçün şərəfdir.
Oxu.Az-ın məlumatına görə, bu sözləri Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Karol Krofts videomüraciətində deyib.
Səfir iki ölkə arasındakı münasibətlərin 25 ili əhatə etdiyini qeyd edib.
“Bu müddət ərzində bir çox nailiyyətlər əldə etmişik. Bizi bağlayan əlaqələrimiz möhkəmdir və inkişaf edir. Mən davamlı inkişaf və qarşılıqlı faydalı münasibətlərin olmasına önəm verirəm. Məndən əvvəlki səfirlərin uğurlarına söykənərək Azərbaycan xalqı ilə birlikdə hər iki ölkə üçün çiçəklənən, stabil və təhlükəsiz gələcək yolunda işləməyimizi səbirsizliklə gözləyirəm”, - deyə K.Krofts videomüraciətində bildirib.
Qeyd edək ki, səfir müraciətini Azərbaycan dilində edib.